Növbəti maarifləndirmə təlimi Naxçıvan şəhər C. Naxçıvanski adına 11 nömrəli tam orta məktəbdə təşkil olunub.
Təlim “Əməyin mühafizəsi haqqında ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi, bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi” mövzusuna həsr edilib.
Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə ümumilikdə 20 şagird iştirak edib.
Təlim zamanı iştirakçılara əməyin mühafizəsi üzrə ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi qaydaları, bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi barədə ətraflı məlumat verilib, mövzu ilə bağlı vacib məqamlar diqqətə çatdırılıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.