Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının təşkilatçılığı ilə “Dərzi” kursunun müdavimləri üçün maarifləndirmə təlimi keçirilib.
Naxçıvan Regional Peşə Hazırlığı Mərkəzində təşkil olunan təlimdə 22 müdavim iştirak edib.
İştirakçılara əməyin mühafizəsi ilə bağlı ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi qaydaları, eləcə də bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi barədə məlumat verilib.
Mərkəzin iclas zalında keçirilən təlim filialın II rüb üzrə təlimlər qrafikinə uyğun təşkil olunub.