Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və ASAN İnnovativ İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Qeyri-formal məşğulluq: risklər və həllər” mövzusunda ustad dərsi keçirilib.
Görüş çərçivəsində iştirakçılara qeyri-formal məşğulluğun yaratdığı risklər, bu sahədə mövcud problemlər və onların aradan qaldırılması istiqamətində tətbiq olunan praktiki yanaşmalar barədə ətraflı məlumat verilib.
Mövzu real nümunələr və praktik təcrübələr əsasında izah olunub, iştirakçılarla interaktiv müzakirələr aparılıb. Tədbirin məqsədi qeyri-formal məşğulluğun mənfi təsirləri barədə məlumatlılığın artırılması və bu sahədə effektiv həll yollarının müzakirəsi olub.