Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Xidmətin tabeliyində Əməyin Müfafizəsi Mərkəzi ilə birgə Quba rayonunda "İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları. Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və bədbəxt hadisələrdən sığorta. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində çalışacaq mütəxəssislərin əmək qanunvericiliyində nəzərdə tutulmuş üstünlükləri." mövzularında maarifləndirmə tədbiri keçirib.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, həmçinin Xidmətin Quba-Xaçmaz regional şöbəsinin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən müəssisələrin işəgötürənləri iştirak edib.
Təqdimatlar vasitəsilə çıxışlar edilib. İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları ilə bağlı ətraflı məlumat verilib, Əmək Məcəlləsinin müvafiq tələblərinə hər kəs tərəfindən əməl olunması diqqətə çatdırılıb.
Mərkəzin əməkdaşı da öz növbəsində sahə üzrə qanunvericiliyin tələblərini qonaqların diqqətinə çatdırmaqla yanaşı qurum haqqında ətraflı məlumat verərək bildirib ki, Mərkəz əmək hüquqları, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində məsləhət xidmətləri göstərməklə, əməyin mühafizəsi üzrə standard, norma və qaydaların müəssisələrdə tətbiqinə mühüm dəstək göstərir.
Tədbirin sonunda işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.