✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
21.05.26

Salyanda əmək hüquqlarının qorunması və təhlükəsiz əmək şəraiti müzakirə olunub

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Salyan rayonunda maarifləndirmə tədbiri təşkil olunub.

 

Tədbir “Əlilliyi olan şəxslərin əmək hüquqları” və “İş yerlərində əməyin mühafizəsi” mövzularına həsr edilib. Tədbirdə Xidmətin Şirvan-Salyan regional şöbəsinin əməkdaşları, həmçinin dövlət və özəl sektoru təmsil edən 40-a yaxın şəxs iştirak edib.

 

Çıxışlar zamanı əlilliyi olan şəxslərin əmək hüquqları, onların məşğulluq imkanları, eləcə də bu sahədə işəgötürənlərin öhdəlikləri barədə məlumat verilib. Bildirilib ki, əmək münasibətlərində bərabər imkanların təmin olunması, həssas qruplardan olan şəxslərin əmək hüquqlarının qorunması və iş yerlərində ayrı-seçkiliyə yol verilməməsi mühüm əhəmiyyət daşıyır.

 

Tədbirdə təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, əməyin mühafizəsi üzrə mütəxəssislərin rolu, iş yerlərində bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması məsələləri də müzakirə olunub. Bu istiqamətdə qəbul edilmiş yeni standartlar, habelə sıfır qəza prinsipinə əsaslanan “Vision Zero” yanaşmasının ölkəmizdə tətbiqi istiqamətində görülən işlər barədə iştirakçılara məlumat verilib.

 

Maarifləndirmə tədbirində gender bərabərliyinin təşviqi, qadınların əmək hüquqlarının qorunması və qeyri-formal məşğulluğun qarşısının alınması məsələlərinə də toxunulub. Qadınların əmək bazarında bərabər imkanlara malik olması və öz əmək hüquqları barədə məlumatlılığının artırılmasının vacibliyi qeyd edilib.

 

Eyni zamanda, “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən tədbirdə uşaq əməyinin istismarının qarşısının alınması barədə də danışılıb. 18 may – 18 iyun tarixlərini əhatə edən “İnsan Hüquqları Aylığı”nın insan hüquqları sahəsində maarifləndirmə baxımından əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.

 

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti