Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Salyan şəhərində “Uşaqların əmək hüquqları. Məcburi əmək və insan alverinin qarşısının alınması” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, həmçinin Şirvan-Salyan regionunda yerləşən müəssisələrin işəgötürənləri olmaqla, 100 nəfərdən çox şəxs iştirak edib.
Həmçinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi haqqında ətraflı məlumat verilərək bildirilib ki, mərkəz əmək hüquqları, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində məsləhət xidmətləri göstərməklə, əməyin mühafizəsi üzrə standard, norma və qaydaların müəssisələrdə tətbiqinə mühüm dəstək göstərir.
Mövzu ilə bağlı təqdimatlarla çıxışlar edilib. Uşaq əməyinin istismarı, məcburi əmək və insan alverinə qarşı əmək qanunvericiliyinin tələbləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda iştirakçıların həm mövzu, həm də Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti ilə bağlı sualları cavablandırılıb.