Salyan şəhər Elxan Ağayev adına Arbatan kənd tam orta məktəbdə "Uşaqların əmək hüquqları, məcburi əmək və insan alverinə qarşısının alınması" mövzularında tədbir keçirilib.
Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan regional şöbəsinin və Salyan rayon polis şöbəsinin əməkdaşları, həmçinin məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Tədbirdə uşaq əməyinin istismarına qarşı mübarizənin əhəmiyyəti və uşaqların əmək hüquqlarının qorunması ilə bağlı görülən işlərdən bəhs edilib. Bundan əlavə məcburi əməyin və insan alverinin qarşısının alınması üçün birgə tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, tədbir “İnsan hüquqları aylığı” çərçivəsində, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın 2025-ci il üçün Tədbirlər Planı”nın icrasının təmin edilməsi barədə” əmrinin icrası ilə bağlı təşkil olunub.