Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları Vətən müharibəsi şəhidinin Salyan şəhərində yaşayan ailəsini ziyarət ediblər.
Xidmət əməkdaşları Murov silsiləsi uğrunda gedən döyüşlərdə şəhid olan Məmmədov Elmir Arzu oğlunun ailəsi ilə görüşüblər.
Görüş zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan danışılıb, onun xatirəsinin daim yaşayacağı vurğulanıb, ailələrin sosial vəziyyəti ilə maraqlanılıb.
Bildirilib ki, şəhid ailələrinin sosial müdafiəsi və rifahının təmin edilməsi dövlətin daim diqqət mərkəzindədir və bu istiqamətdə dayanıqlı dəstək tədbirləri gələcəkdə də davam etdiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə E.Məmmədov “Vətən uğrunda döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə”,”Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.