Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi tərəfindən təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir.
Bu çərçivədə Şamaxı Peşə Liseyində iki təlim təşkil olunub. Təlimlərdə ümumilikdə 72 nəfər iştirak edib.
Tədbirlər zamanı iştirakçılara əməyin mühafizəsinin əhəmiyyəti, iş yerlərində təhlükəsizlik qaydaları, yanğın təhlükəsizliyi, habelə əmək fəaliyyəti zamanı hüquq və vəzifələr barədə məlumat verilib. Eyni zamanda yeni qəbul edilmiş standartlar və “Vision Zero” (“Sıfır Gözlənti”) yanaşmasına əsaslanan təhlükəsiz əmək mədəniyyətinin təşviqi məsələləri diqqətə çatdırılıb.
Təlimlər interaktiv formatda keçirilib, iştirakçıların sualları cavablandırılıb və mövzular üzrə fikir mübadiləsi aparılıb.