Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları sentyabr ayında keçirilən antiterror əməliyyatları zamanı şəhid olmuş Məmmədov Füzuli Bəhruz oğlunun və Bayramov İxtiyar Bayram oğlu ailələrini Samux və Quba rayonlarında ziyarət ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən İ.Bayramov 44 günlük Vətən müharibəsində iştirakına görə “Şuşanın azad olunmasına görə”, “Fizulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” B. Məmmədov isə “Vətən mühraibəsi iştirakçısı”, “Şücaətə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.
Ailələr ilə söhbət zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Xidmət əməkdaşları ailənin sosial vəziyyəti ilə maraqlanıb.
Bildirilib ki, bütün şəhid ailələrinə, o cümlədən İxtiyar Bayramovun və Məmmədov Fizulinin ailələrini də dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir və göstəriləcək.
Şəhidin ailəsinin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanacağı vurğulanıb.