Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları 44 günlük Vətən müharibəsində şəhid olmuş Məmmədov Ruslanın və Rzayev Məmmədnadirin ailələrini Sumqayıt şəhərində ziyarət ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən R.Məmmədov 44 günlük Vətən müharibəsində iştirakına görə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" M. Rzayev isə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunublar.
Ailələr ilə söhbət zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Xidmət əməkdaşları ailənin sosial vəziyyəti ilə maraqlanıb.
Şəhidin ailəsinin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanacağı vurğulanıb.