✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
07.11.25

SƏTƏM mütəxəssisləri üçün keçirilən təlimlər davam edir

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən SƏTƏM (sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi) mütəxəssisləri üçün təlimlər davam etdirilir.

Növbəti təlim ixtisası qeyri-mühəndis olan SƏTƏM mütəxəssisləri üçün “Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik” mövzusunda təşkil olunub. Təlim Dövlət Əmək Müfəttişliyi Xidməti, Xidmətin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi və “Quick Consulting Support” MMC əməkdaşlarının iştirakı ilə həyata keçirilib. Ümumilikdə 32 nəfər SƏTƏM mütəxəssisi bu təlimdə iştirak edib.

Təlim zamanı əməyin mühafizəsinin əhəmiyyəti, istehsalatda təhlükəsizliyin təmin olunması qaydaları, həmçinin əmək fəaliyyəti zamanı hüquq və vəzifələr barədə geniş məlumat təqdim olunub. Mütəxəssislər çıxışlarında əməyin mühafizəsi qaydalarının düzgün tətbiqinin əməkdaşların sağlamlığının qorunması və istehsalatda səmərəliliyin artırılmasında mühüm rol oynadığını vurğulayıblar.

Təlimlərin əsas məqsədi iş yerlərində baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, profilaktik tədbirlərin gücləndirilməsi, qanunvericilik tələbləri barədə məlumatlandırma, eləcə də əməyin mühafizəsi üzrə dövlət standartlarının tətbiqi prinsiplərinin izahı və sağlam, təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində bilik və bacarıqların artırılmasıdır.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti