✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
23.06.23

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təmsil olunduğu Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.

İclasda əmək və əhalinin sosial müdafiəsi naziri, Komissiyanın sədri Sahil Babayev, AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev, ASK-nın sədri Məmməd Musayev, Komissiyanın hər üç qurumdan olan üzvləri iştirak ediblər.

S.Babayev son illər ölkəmizdə aparılan sosial islahatları, habelə əməkhaqqı islahatlarını qeyd edib. O, əmək qanunvericiliyinə edilmiş, o cümlədən qadınların məşğulluq imkanlarının genişləndirilməsinə xidmət edən son dəyişiklikləri diqqətə çatdırıb. Prezident İlham Əliyevin 2023-cü il 23 may tarixli Fərmanına əsasən Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində yaradılmaqda olan Əməyin Mühafizəsi Mərkəzinin əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahəsində idarəetmənin təkmilləşməsinə xidmət edəcəyi, bu Mərkəzin işçi və işəgötürənlər üçün verəcəyi faydalar qeyd olunub.

 Sosial islahatlar, həmçinin əmək və sosial müdafiə üzrə qanunvericiliyin  təkmilləşdirilməsi prosesində, Beynəlxalq Əmək Təşkilatı Konvensiyalarının, eləcə də son illər “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyanın ratifikasiyasında AHİK və ASK ilə sosial tərəfdaşlıqda, Üçtərəfli Komissiya platformasında görülən birgə işlərin əhəmiyyəti vurğulanıb.

Komissiyanın iclasında əmək və sosial sığorta qanunvericiliyinə dəyişiklik edilməsi ilə bağlı yeni layihə və təkliflər müzakirə olunub. Habelə uşaqların müəssisəyə düşməsinin qarşısının alınması, müəssisələrdə məskunlaşan uşaqlarla bağlı fərdi inkişaf planlarının hazırlanması prosesində sosial tərəfdaşların fəal iştirakının təmin edilməsinə dair fikir mübadiləsi aparılıb.

Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üçün müvafiq qabaqlayıcı tədbirlərin görülməsi və qeyri-formal məşğulluqla mübarizə sahəsində işəgötürənlər və işçilər üçün maarifləndirici tədbirlərin həyata keçirilməsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.  

Bu sahədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin tərəfdaş qurumlarla birgə tədbirləri diqqətə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərimizdəki iş yerlərində də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə birgə əməyin mühafizəsinə dair maarifləndirici təlimlər keçirildiyi, iştirakçılara müvafiq mövzularda Xidmət tərəfindən hazırlanmış təlimat xarakterli bukletlər  paylandığı qeyd olunub.

İclasda Üçtərəfli Komissiyanın 2023-cü il üçün İş Planı da təsdiq edilib.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti