Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Xidmətin tabeliyində Əməyin Müfafizəsi Mərkəzi ilə birgə Tovuz rayonunda Əməyin Mühafizəsi Mərkəzi (Mərkəz) ilə birgə " Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları. Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və bədbəxt hadisələrdən sığorta. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları." mövzularında maarifləndirmə tədbiri keçirib.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, həmçinin Xidmətin Qazax-Tovuz regional şöbəsinin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən müəssisələrin işəgötürənləri iştirak edib.
Təqdimatlar vasitəsilə çıxışlar edilib. Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə geniş məlumat verilib. Əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər, əmək və məşğulluq sahəsindəki elektron xidmətlərin tədbiqi barədə danışılıb.
Mərkəzin əməkdaşı da öz növbəsində sahə üzrə qanunvericiliyin tələblərini qonaqların diqqətinə çatdırmaqla yanaşı qurum haqqında ətraflı məlumat verərək bildirib ki, Mərkəz əmək hüquqları, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində məsləhət xidmətləri göstərməklə, əməyin mühafizəsi üzrə standard, norma və qaydaların müəssisələrdə tətbiqinə mühüm dəstək göstərir.
Tədbirin sonunda işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.