✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
15.09.23

Türkiyə nümayəndə heyəti üçün infotur təşkil olunub

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Türkiyə nümayəndə heyəti üçün infotur təşkil olunub.

İnfotur Heydər Əliyev adına Dərin Özüllər Zavoduna və 5 saylı Bakı DOST Mərkəzinə həyata keçirilib.

Öncə Heydər Əliyev adına Dərin Özüllər Zavodunda olan qonaqlara müəssisənin fəaliyyəti, istehsal etdiyi məhsullar, əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı görülən işlər və s. barədə geniş məlumat verilib, onlar istehsal prosesini müşahidə edib.

Həmçinin 5 saylı Bakı DOST Mərkəzində də olan qardaş ölkənin nümayəndələri “DOST” mərkəzində vətəndaşlara göstərilən xidmətləri izləyib, o cümlədən əmək münasibətləri üzrə müraciətlərə baxılması prosesi ilə tanış olub.

Daha sonra Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatlar, bu sahələrdə innovativ həllərin geniş tətbiqi, “DOST” konsepsiyası və onun əsas mahiyyəti, vətəndaş məmnunluğunun təmini istiqamətində görülən işlər barədə məlumat verilib.

Sonda qurumlar arasında əməkdaşlıq perspektivləri müzakirə edilib və təcrübə mübadilələri aparılıb.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti