✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
28.04.22

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş onlayn tədbir keçirilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbər şəxslərinin və  100-dən çox işəgötürənin, əməyin mühafizəsi üzrə mütəxəssislərin iştirakı ilə 28 Aprel-Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

Tədbirdə Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 28 aprel tarixinin Ümumdünya Əməyin Mühafizəsi günü kimi elan edildiyi və bu ilki Əməyin Mühafizəsi Gününün devizinin “Pozitiv təhlükəsizlik və sağlamlıq  mədəniyyəti yaratmaq üçün birlikdə hərəkət edək!” kimi müəyyən edildiyi diqqətə çatdırılıb.

Ölkəmizdə layiqli əməyin təminatı, o cümlədən işçilərin təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin edilməsi sahəsində aparılan dövlət siyasəti, bu sahədə beynəlxalq konvensiyaların ratifikasiyası  istiqamətində görülən işlərdən bəhs olunub. BƏT-in əsas işçi hüquqları ilə bağlı 58 Konvensiyasının (o cümlədən əməyin mühafizəsi ilə əlaqədar Konvensiyalarının), bir protokolunun Azərbaycan tərəfindən ratifikasiya edildiyi qeyd edilib.

Tədbir iştirakçılarına əməyin mühafizəsi prinsipləri və şərtləri barədə ətraflı məlumat verilib. İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları diqqətə çatdırılıb. İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta sahəsində işçi hüquqları barədə məlumat verilib.

Əməyin mühafizəsi üzrə ixtisaslaşan işçilərin sahə üzrə sualları cavablandırılıb, müvafiq izahlar verilib.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti