"ƏMAS və əmək qanunvericiliyinə edilmiş dəyişikliklər" üzrə növbəti əyani təlim 11 dekabr saat 15:00-da 5 saylı DOST Mərkəzində keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkil etdiyi təlimlərdə iştirak etmək istəyənlər
https://forms.gle/YEeMP6YerJcRcoFy8 linkinə keçid edərək qeydiyyatdan keçə bilərlər.
Təlimlərdə iştirakçılara ƏMAS-ın funksional imkanları, onun işəgötürənlər üçün faydaları, əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri barədə ətraflı məlumat verilir. Həmçinin “Business Ready” hesabatı ilə bağlı məlumatlar işəgötürənlərin diqqətinə çatdırılır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılır.