İslam Həsənzadə

İdarə rəisi

Adı, Soyadı, Ata adı: Həsənzadə İslam İskəndər oğlu

Elektron poçt: islam.hasanzada@sosial.gov.az

Qəbul günləri: Cümə axşamı

Qəbul saatları: 14:00-16:00

 

1990-cı ildə Naxçıvan şəhərində anadan olub.
2012-ci ildə Bakı Dövlət Universitetinin Hüquq Fakultəsinin bakalavr, 2017-ci ildə magistratura pilləsini bitirib.
2013-2016-cı illərdə Tərtər Hərbi Məhkəməsində, 2016-2017-ci illərdə Sumqayıt Apellyasiya Məhkəməsində müxtəlif vəzifələrdə çalışıb.
2017-2020-ci illərdə Dövlət İmtahan Mərkəzində hüquqşünas olaraq fəaliyyət göstərib. 
2020-2023-cü illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Hüquq şöbəsində müxtəlif vəzifələrdə çalışıb.
2023-2024-cü illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.
2024-cü ilin may ayından etibarən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq İdarəsinin rəisi vəzifəsini icra edir.