Müəssisə ləğv edildikdə;
İşçilərin sayı və ya ştatları ixtisar edildikdə;
Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu əmək vəzifələrini kobud şəkildə pozduqda;
Sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;
Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.