16.10.2023

Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən əmək müqaviləsinin elektron formasına ƏMAS-da funksionallıq yaradılmışdır

Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən əmək müqaviləsinin elektron formasına aşağıdakı məlumatların daxil edilməsi üçün ƏMAS-da funksionallıq yaradılmışdır:
     Əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsi;
     İşçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsi;
     İşçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təlimatlandırılması.