2022-ci ilin yanvar-mart ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2552 vətəndaş fərdi qaydada qəbul edilib. Onların müxtəlif mövzularla bağlı ərizə, şikayət və sorğuları qəbul edilərək araşdırılmasının təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilib.