✕
(012) 525 55 45 | 142
AZ
  • EN
Dövlət Əmək Müfəttişliyi Xidməti
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Dövlət Əmək Müfəttişliyi Xidməti
  • Press-reliz
  • ƏMAS-da yenilik: məhkumluq haqqında arayış artıq elektron sistemdə
29.11.2024

ƏMAS-da yenilik: məhkumluq haqqında arayış artıq elektron sistemdə

“Əmək və məşğulluq” altsisteminə (ƏMAS) məhkumluq haqqında arayışın əldə olunması ilə bağlı yeni funksionallıq əlavə edilib.

Belə ki, işçi məhkumluq haqqında arayış əldə etmək üçün “mygov” portalına və ya mobil tətbiqinə giriş edərək “Xidmətlər” bölməsindən "Məhkumluq haqqında arayış" seçimini edə bilər. Daha sonra "İşə qəbul üçün" və ya “digər” bölmələrindən birini seçməklə arayışın hansı məqsədlə tələb olunduğunu qeyd edə bilər.

“İşə qəbul üçün” seçimi edildiyi təqdirdə işçi qurumun adını və ya VÖEN-i daxil etməklə arayışı göndərmək istədiyi qurumu müəyyən edir və müvafiq arayış həmin qurumun ƏMAS altsisteminə rəqəmsal qaydada ötürülür.

İşəgötürənlər isə ƏMAS-dakı şəxsi kabinetlərinə daxil olaraq “Təqdim olunan arayışlar” bölməsində işçilərin məhkumluq haqqında arayışlarını elektron qaydada əldə edə bilərlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı ilə yaradılmış bu funksionallığın əsas məqsədi işçilərin vaxt itkisinin qarşısının alınması və vətəndaş məmnunluğunun təmin edilməsidir. 

Paylaş:

  • LinkedIn
  • Twitter
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142- Çağrı Mərkəzi(+994 12) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti