✕
(012) 525 55 45 | 142
AZ
  • EN
Dövlət Əmək Müfəttişliyi Xidməti
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Dövlət Əmək Müfəttişliyi Xidməti
  • İşəgötürənlər üçün
  • Əməyin mühafizəsi xidmətləri
22.07.2021

Əməyin mühafizəsi xidmətləri

 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 223-cü maddəsinə əsasən əməyin mühafizəsi xidmətləri aşağıdakı kimi tənzimlənir:

1. Əməyin mühafizəsi işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün iqtisadiyyatın bütün sahələrinin müəssisələrində işçilərin sayı 50 nəfərdən çox olduqda əməyin mühafizəsi xidmətləri yaradılmalıdır.

2. Əməyin mühafizəsi xidmətinin tərkibinə əmək qanunvericiliyini, əməyin mühafizəsi normalarını mükəmməl bilən mütəxəssislər daxil edilir. İşçilərinin sayı 50 nəfərdən çox olan müəssisələrdə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi, işçilərinin sayı 500 nəfərdən artıq olduqda isə müəssisə rəhbərinin (baş mühəndisinin) əməyin mühafizəsi üzrə müavini vəzifəsi təsis edilir. 1000 nəfərdən çox işçinin çalışdığı müəssisələrdə sənaye-sanitariya laboratoriyası təşkil olunur, habelə əməyin gigiyenası üzrə həkim vəzifəsi təsis edilir.

3. Əməyin mühafizəsi xidmətinin mütəxəssisləri əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunmasına nəzarət etmək, aşkara çıxarılmış pozuntuların aradan qaldırılması barədə vəzifəli şəxslərə icrası məcburi olan göstərişlər vermək, habelə əməyin mühafizəsi haqqında qanunvericiliyi pozan şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə işəgötürənə təqdimatlar vermək hüququna malikdirlər.

4. Əməyin mühafizəsi xidmətinin rəhbərləri və mütəxəssisləri öz vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb edilə bilməzlər və vəzifə borclarını düzgün və keyfiyyətli yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Paylaş:

  • LinkedIn
  • Twitter
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142- Çağrı Mərkəzi(+994 12) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti