01.08.2023

2023-cü il avqustun 2-də "Qadınların əmək hüquqları", "Əmək müqaviləsinə xitam verilməsinin əsasları, qaydası və bu zaman işçilərin təminatları" mövzusunda növbəti maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur

İşəgötürənlərlə maarifləndirici görüşlər davam edir

2023-cü il avqustun 2-də "Qadınların əmək hüquqları" mövzusunda Gəncədə, 23-də isə "Əmək müqaviləsinə xitam verilməsinin əsasları, qaydası və bu zaman işçilərin təminatları" mövzusunda İsmayıllıda növbəti maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur

Tədbirlərdə iştirak etmək istəyən işəgötürənlər qeydiyyatdan keçmək üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinin müvafiq regional şöbələrinə elektron qaydada (GƏNCƏ - demx_ganja@sosial.gov.az , İsmayıllı - demx_ismayilli@sosial.gov.az) müraciət edə bilərlər.

Müraciətdə müəssisənin adı, iştirak edəcək şəxsin ad, soyad, ata adı, əlaqə nömrəsi və e-mailinin qeyd olunmağı xahiş edilir.