9 dekabr 2022-ci il tarixində saat 11:00-da Dövlət Əmək Müfəttişliyi Xidməti "İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi" mövzusunda növbəti onlayn maarifləndirmə tədbirini keçirəcək.
Tədbirin çıxışçıları Xidmətin Bakı şəhər İdarəsinin əməkdaşlarıdır.
Onlayn tədbirlərdə iştirak etmək istəyən işəgötürənlər qeydiyyatdan keçmək üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə elektron qaydada (demx-metbuat@sosial.gov.az) müraciət edə bilərlər. Müraciətdə müəssisənin adı, iştirak edəcək şəxsin ad, soyad, ata adı, əlaqə nömrəsi və e-mailinin qeyd olunmağı xahiş edilir.
QEYD: Onlayn görüşlərdə iştiraka dair link yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.