İşəgötürənlərlə onlayn görüşlər davam edir
19 aprel 2022-ci il tarixində saat 11:00-da Dövlət Əmək Müfəttişliyi Xidməti "Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları" mövzusunda növbəti onlayn maarifləndirmə tədbirini keçirəcək.
Tədbirin təlimçisi Xidmətin Mərkəzi Aran regional şöbəsinin əməkdaşlarıdır.