Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın iştirakı ilə birgə maarifləndirmə tədbirlərinin keçirilməsinin müzakirəsi üzrə onlayn görüş keçirilib.
Görüşdə xüsusilə işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsizliyi, əməyin mühafizəsi, əhalinin peşə hazırlığı və məşğulluğu, əmək qanununvericiliyinin və “Əmək və Məşğulluq” altsisteminin tətbiqi üzrə təlim və təbliğat işlərinin keçirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsi barədə müzakirələr aparılıb.
Sonda qeyd edilən istiqamətlərdə birgə tədbirlər planının hazırlanması və müzakirələrin intensivləşdirilməsi barədə razılığa gəlinib.