Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın iştirakı ilə birgə maarifləndirmə tədbirlərinin keçirilməsinin müzakirəsi üzrə növbəti onlayn görüş keçirilib.
Görüşdə işğaldan azad olunmuş ərazilərdə əməyin mühafizəsi sahəsində bu il ərzində keçiriləcək maarifləndirmə tədbirlərində birgə təlimlərin keçirilməsi barədə müzakirələr aparılıb.
Sonda maarifləndirmə tədbirlərinin keçirilməsini əhatə edən tədbirlər planının hazırlanması, tədbirlərin keçirilmə vaxtları, təlimçilərin müəyyənləşdirilməsi və digər məsələlərin müzakirələrinin intensivləşdirilməsi barədə razılığa gəlinib.