Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (Xidmət) beynəlxalq təcrübə mübadiləsi üzrə əməkdaşlıq tədbirlərini genişləndirir.
Növbəti görüş Qazaxıstan Respublikasının Almatı şəhər Əmək Müfəttişliyi İdarəsi arasında baş tutub.
28-29 avqust tarixlərində Bakıda rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Almatı şəhər Əmək Müfəttişliyi İdarəsinin İşçilərin hüquqi təminatına nəzarət şöbəsinin müdiri Aziz İbrahimov Xidmətin rəhbər heyəti ilə görüşüb, struktur bölmələri ilə tanış olub.
Görüşlər zamanı qonağa Xidmətin strukturu, fəaliyyət istiqamətləri, “Əmək və Məşğulluq” altsistemi (ƏMAS), Əməyin Mühafizəsi Mərkəzi, əmək qanunvericiliyinin pozulması və istehsalarda baş verən bədbəxt hadisələrin qarşısının alınması üzrə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Gələcək əməkdaşlıq üzrə müzakirələr aparılıb.
Qazaxıstanlı qonaq daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərilən xidmətlər üzrə vahid pənəcərə sistemi olan DOST konsepsiyası ilə tanış olmaq məqsədilə 5 sayılı DOST Mərkəzində olub. Mərkəzin ümumi iş prinsipi barədə məlumatlandırılan A.İbrahimov “Əmək və Məşğulluq” pəncərəsində vətəndaşlara göstərilən xidməti izləyib.