Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Gəncədə “Əmək və məşğulluq” altsisteminin imkanları və yeniliklər mövzusunda maarifləndirmə tədbiri keçirib.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, həmçinin Gəncə-Daşkəsən regionunda yerləşən müəssisələrin işəgötürənləri iştirak edib.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin regional şöbəsinin nümayəndələri çıxış edərək iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağırlıq və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarının əmək müqaviləsinin elektron formasına əlavə edilməsi, “Əmək və məşğulluq” altsisteminə işəgötürən tərəfindən əmək müqaviləsi daxil edilən zaman əmək məzuniyyəti günlərinin qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmaqla qeyd olunması funksionallığı və s. barədə məlumatlar veriblər.
Həmçinin tədbirə dəvət edilən qonaqlar da mövzu ətrafında polemikalara qoşularaq öz fikirlərini bildiriblər.
Tədbir interaktiv şəkildə sual-cavab formatında davam etdirilib.