Dövlət Əmək Müfəttişliyi Xidməti işçiləri üçün yeni təlimlərə başlayıb
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Aparatının və yerli orqanlarının işçiləri üçün İnzibati Xətalar Məcəlləsinin tətbiqi mövzusunda onlayn təlimlər keçirilir. Təlim Xidmətin Aparatının hüquq şöbəsi tərəfindən aparılır.
5 gün davam edəcək təlimlərdə Xidmətin 100-dən çox əməkdaşının iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, təlimlərin təşkilində məqsəd Xidmət əməkdaşlarının müvafiq sahə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi və kadr hazırlığının yüksəldilməsidir.