Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə birgə əməyin mühafizəsinə dair maarifləndirici təlimlərə başlayıb.
28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ərəfəsində hər iki qurumun nümayəndələri Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində olublar. Həmin ərazilərdə fəaliyyət göstərən müəssisələrin işəgötürənləri və işçiləri üçün “İş yerlərində əməyin mühafizəsi” və "Mina təhlükəsizliyi" mövzularında maarifləndirmə təlimləri keçirilib.
Birgə təlimlərin işğaldan azad olunmuş digər ərazilərimizdə də mütəmadi təşkil edilməsi nəzərdə tutulur.