Tədbirdə həmin ərazilərdə fəaliyyət göstərən müəssisələrin işəgötürənləri və işçiləri üçün “İş yerlərində əməyin mühafizəsi” və "Mina təhlükəsizliyi" mövzularında ətraflı məlumat verilib. Tədbir müddətində qarşı tərəfi maraqlandıran müxtəlif suallar cavablandırılıb.
Qeyd edək ki, 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ərəfəsində adları qeyd edilən qurum nümayəndələri Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə səfər ediblər. Həmin ərazilərdə fəaliyyət göstərən müəssisələrin işəgötürənləri və işçiləri üçün “İş yerlərində əməyin mühafizəsi” və "Mina təhlükəsizliyi" mövzularında maarifləndirmə tədbirləri təşkil edilib.
Birgə təlimlərin işğaldan azad olunmuş digər ərazilərimizdə də mütəmadi təşkil edilməsi nəzərdə tutulur.