Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Şəki rayonunda “İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, həmçinin Şəki-Zaqatala regionunda yerləşən müəssisələrin işəgötürənləri iştirak edib.
“Heydər Əliyev və Azərbaycanda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin qurulması” mövzusunda videoçarx nümayiş olunub.
İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları ilə bağlı ətraflı məlumat verilib, Əmək Məcəlləsinin müvafiq tələblərinə hər kəs tərəfindən əməl olunması diqqətə çatdırılıb.
Həmçinin iştirak edən dövlət orqanlarının nümayəndələri tərəfindən mövzu ətrafında çıxışlar edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.