Dövlət Əmək Müffətişliyi Xidmətində istehsalat təcrübəsi keçən universitet tələbələri ilə “Adaptasiya və Mentorluq Proqramı” çərçivəsində növbəti maarifləndirici görüş keçirilib.
Görüş tələbələrin Xidmətin fəaliyyət istiqamətləri ilə daha yaxından tanış olmaları və təcrübə dövrünü daha səmərəli keçirilməsi məqsədi ilə təşkil edilib.
Tədbir zamanı tələbələrə əmək qanunvericiliyi haqqında, həmçinin Xidmətin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Tələbələri maraqlandıran suallar yerində cavablandırılıb.