Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarının nəzəri və praktik biliklərinin artırılması məqsədilə təşkil edilən təlimlər davam etdirilir.
Növbəti təlim “Uşaq əməyinin istismarının və qeyri-formal məşğulluğun qarşısının alınması” mövzusu üzrə təşkil edilib.
Təlim zamanı sözügedən istiqamət üzrə qanunvericiliyin tələbləri, işlək mexanizmlər barədə ətraflı məlumat verilib. Əmək müfəttişlərinin real təcrübə zamanı qarşılaşdıqları mübahisəli məsələlər müzakirə edilib.
Sağlam əmək bazarının formalaşmasında qeyri-formal məşğulluğun qarşısının alınması üçün mübarizə tədbirlərinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin uşaq əməyinin istismarına qarşı qanunvericiliyin tələbləri xüsusi diqqətə çatdırılıb.