Bu dəfəki təlimlər “Əmək qanunvericiliyinin tətbiqi”, “Əməyin mühafizəsi”, “İnzibati Xətalar Məcəlləsinin tətbiqi”, “Əmək və Məşğulluq Altsistemindən istifadə” və “Sənəd Dövriyyəsi Alt Sisteminin tətbiqi və ondan istifadə” mövzularını əhatə edir.
İlk bir həftəlik təlim “Əməyin mühafizəsi” mövzusunu əhatə edəcək.
Xatırladaq ki, Dövlət Əmək Müfəttişliyi Xidməti əməkdaşlarının nəzəri və praktik biliklərinin artırılması məqsədilə mütəmadi təlimlər keçirir.