Görüşdə hər iki qurumun fəaliyyət istiqamətləri, son yeniliklər və qarşıda duran hədəflər üzrə təqdimatlar edilib, həyata keçirilən innovativ layihələr barədə məlumat verilib. Görüş ərzində tərəfləri maraqlandıran suallar qarşılıqlı cavablandırılıb. Xüsusilə qeyri-formal məşğulluq, əməyin mühafizəsi və təhlükəsizliyi, risk əsaslı yoxlamalar, əmək münasibətlərinin elektron formada tənzimlənməsi mövzuları ətrafında müzakirələr aparılıb.
Sonda hər iki tərəf qurumlar arasında əməkdaşlığın genişləndirilməsi və inkişafı üçün növbəti mərhələdə atılacaq addımlar barədə razılığa gəlib.