Dövlət Əmək Müfəttişliyi Xidməti əməkdaşlarının nəzəri və praktik biliklərinin artırılması məqsədilə mütəmadi təlimlər keçirir. Xidmətin regional şöbələrinin əməkdaşları üçün bir aylıq növbəti təlim proqramına başlanılmışdır.
Təlim proqramı “Dövlət qulluqçularının etik davranış qaydaları”, “Korrupsiyaya qarşı mübarizə”, “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” və “Xidmətin Antikorrupsiya İdarəetmə Sistemləri və Siyasətləri” istiqamətlərini əhatə edib. Təlimlərə Xidmətin regional şöbələrinin bütün əməkdaşları cəlb edilib.
Yekunda təlim iştirakçıları tərəfindən mövzuların mənimsənilməsi səviyyəsinin öyrənilməsi məqsədilə qiymətləndirilmə həyata keçiriləcək. Xidmət tərəfindən təlimlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.