Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" ilə birgə təlimlərə başlayır.
İlk təlimin "Əmək qanunvericiliyinə dəyişikliklər və ƏMAS" mövzusunda təşkil olunması nəzərdə tutulur.
Yanvar ayının 23-də keçirilməsi planlaşdırılan təlimin məqsədi işəgötürən və onun nümayəndələrinin əmək qanunvericiliyindəki dəyişikliklərin hüquqi və praktiki aspektləri, ƏMAS platformasının iş proseslərini optimallaşdırmaq üçün imkanları, yeniliklərin gündəlik iş prosesində tətbiqi yolları ilə bağlı məlumatlandırılmasıdır.
Təlimin ekspertləri Xidmətin Risklərin idarəedilməsi və elektron audit şöbəsinin müdir müavini Aynurə Tağıyeva, Daxili nəzarət və normativ hüquqi sənədlərlə iş şöbəsinin müdir müavini Günel Baxşiyeva olacaq.
Qeyd edək ki, təlimlərin davam etdirilməsi nəzərdə tutulur.