Dövlət Əmək Müfəttişliyi Xidmətinin (Xidmət) Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilmiş dəyişikliklərin, əmək və məşğulluq sahələrində elektron xidmətlərin tədbiqinə dair təşkil etdiyi onlayn təlimlər davam etdirilir.
Xidmətin elanı əsasında qeydiyatdan keçərək təlimlərə qoşulan işəgötürənlər üçün 26 avqustdan etibarən bu günədək 8 təlim keçirilib. 2 təlimin də keçirilməsi nəzərdə tutulur.
Mövzu ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq Xidmətin informasiya resurslarında növbəti təlimlər barədə müvafiq elanlar veriləcəkdir.
Həmçinin qeyd edək ki, elektron xidmətlərin tədbiqi ilə əlaqədar məlumatlılıq səviyyəsinin artırılması məqsədilə təlimat xarakterli videoçarx və digər məlumatlar davamlı olaraq təqdim edilir.