Dövlət Əmək Müfəttişliyi Xidmətinin internet səhifəsi olan www.demx.gov.az istifadəyə verilib.
Hazırda əmək münasibətləri sahəsində aparılan islahatlarda innovativ həllərin və müasir texnologiyaların geniş tətbiqi, ictimaiyyətin operativ və dolğun məlumalandırılması əsas prioritetə çevrilmişdir. Qeyd edilənlər nəzərə alınmaqla Xidmətin saytı hazırlanıb və maraqlı tərəflərin rahat istifadəsi üçün sadə dizayn edilib.
Saytda Xidmətin fəaliyyət sahələri, göstərdiyi xidmətlər, həyata keçirdiyi tədbirlər, sahəvi qanunvericilik, xəbərlər və digər məlumatlar yer alıb. Həmçinin saytda vətəndaşların əlçatanlığının təmin edilməsi üçün müxtəlif imkanlar yaradılıb.