Gəncədə yaşayan "əlaçı əmək veteranı" Raya Hümbətova ziyarət edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları Novruz bayramı ərəfəsində daha bir əmək veteranı 73 yaşlı Hümbətova Raya Ağakişi qızını ziyarət ediblər.
Əmək veteranı R.Hümbətova 1950-ci ildə Gəncədə anadan olub. O, 1973-cü ildə Gəncə Xalçaçılıq Kombinatında işə başlayıb. Orada çalışdığı 30 il ərzində müxtəlif vəzifələrdə fəaliyyətini davam etdirib.
Qeyd edək ki, əmək veteranımıza Sosial Xidmətlər Agentliyinin sosial xidmət işçiləri tərəfindən evində (səyyar) sosial xidmət göstərilir.
Xidmətin əməkdaşları əmək veteranının tövsiyyələrinə, məsləhətlərinə görə təşəkkür ediblər.
R.Hümbətova ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.