Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev III “Yüksəliş” müsabiqəsinin qalibləri İlahə Baxışova Tahirli və Toğrul Ələkbərovla görüşüb.
V. Quliyev Dövlət Əmək Müfəttişliyi Xidmətinin xüsusilə əmək münasibətlərinin rəqəmsallaşması, elektron nəzarət və əməyin mühafizəsi sahəsində fəaliyyəti və hədəfləri barədə məlumat verib.
Xidmətin fəaliyyəti, idarəetmə, fərdi və karyera inkişafı ilə bağlı qalibləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Müsabiqənin qalibləri İlahə Baxışova Tahirli və Toğrul Ələkbərov səmimi görüşə və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.