Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İndoneziyanın İşçi Qüvvəsi Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində onlayn görüş keçirilib.
Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və İndoneziyanın İşçi Qüvvəsi Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə hər iki ölkədə əmək münasibətləri sahəsində aparılan islahatlara dair məlumatlar verilib, təcrübə mübadiləsi aparılıb.
Növbəti görüşlərdə layiqli əməyin təminatı, habelə əməyin təhlükəsizliyi və gigiyenası və s. mövzular üzrə təcrübə mübadilələrinin həyata keçirilməsi barədə razılığa gəlinib.