İşəgötürənlər tərəfindən 2023-cü ilin yanvar-fevral ayları ərinzədə ödənilməsi gecikdirilən 101 min manata yaxın məbləğdə ödənclər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən görülən tədbirlər nəticəsində işçilərə ödənilib. Həmin vəsaitin 95,4%-i əmək haqları, qalan hissəsi isə zərərə görə ödənclər, mavinət və kompensassiyalar olub.
Həmçinin DƏMX əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilən 20 işçinin yenidən əvvəlki işlərinə bərpa olunmasına nail olub. Onlarla bağlı yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib.
Qeyd edək ki, yanvar ayı ərzində DƏMX tərəfindən 691 sayda ərizə(şikayət) araşdırılmış, 623 məktuba (sorğu) baxılıb. Eyni zamanda Xidmətin rəhbər və vəzifəli şəxsləri tərəfindən 697 vətəndaş fərdi qaydada qəbul edilib.