Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Uşaqların əmək hüququ” mövzusunda təlimlər yekunlaşıb.
Təlimlər Bakı şəhərinin Səbail, Nəsimi, Yasamal və Nərimanov rayonlarında yerləşən 5 orta məktəbdə keçirilib. Bu təlimlər şagirdlərə əmək qanunvericiliyinin tələbləri, 15-18 yaş arası şəxslər üçün əmək müqaviləsinin bağlanılması qaydaları, iş şəraitinin şərtləri, onlar üçün nəzərdə tutulan təminat və güzəştlər mövzularını əhatə edib.
Təlimlər təqdimatlar vasitəsilə interaktiv formada keçirilib.
Hər təlimin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb, mövzu barədə müzakirə aparılıb və onlara maarifləndirici bukletlər təqdim edilib.