Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə məktəblərdə “Uşaqların əmək hüququ” mövzusunda təlimlərə başlanılıb.
Bakı şəhərində yerləşən orta məktəblərin şagirdlərinə əmək qanunvericiliyinin tələbləri, 15-18 yaş arası şəxslər üçün əmək müqaviləsinin bağlanılması qaydaları, iş şəraitinin şərtləri, onlar üçün nəzərdə tutulan təminat və güzəştlər barədə təlim təşkil olunub.
Təlim təqdimatlar vasitəsilə interaktiv formada keçirilib.
Sonda onları maraqlandıran suallar cavablandırılıb, mövzu barədə müzakirə aparılıb və maarifləndirici bukletlər təqdim edilib.