Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarının nəzəri və praktik biliklərinin artırılması məqsədilə təlimlər keçirilib.
Təlim proqramı “Dövlət qulluqçularının etik davranış qaydaları”, “Korrupsiyaya qarşı mübarizə”, “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” və “Xidmətin Antikorrupsiya İdarəetmə Sistemləri və Siyasətləri” istiqamətlərini əhatə edib.
Xidmət tərəfindən təlimlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.