Naxçıvan Muxtar Respublikasının Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycan Respublikasının Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi ilə birgə Naxçıvan şəhərində "Əlilliyi olan şəxslərin əmək hüquqları", “Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və bədbəxt hadisələrdən sığorta”, “İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində çalışacaq mütəxəssislərin əmək qanunvericiliyində nəzərdə tutulmuş üstünlükləri” mövzuları üzrə növbəti maarifləndirici tədbir keçiriblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Azərbaycan Respublikasının Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikasının Həmkarlar İttifaqları Şurasının əməkdaşlarının mövzu ilə bağlı çıxışları dinlənilib.
40-a yaxın dövlət və özəl müəssisəsinin 47 nümayəndəsinin iştirak etdiyi görüş zamanı qonaqlara müvafiq mövzular üzrə milli qanunvericiliyin norma və tələbləri barədə ətraflı məlumat verilib.
“Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin (Mərkəz) əməkdaşı da öz növbəsində sahə üzrə qanunvericiliyin tələblərini qonaqların diqqətinə çatdırmaqla yanaşı qurum haqqında ətraflı məlumat verərək bildirilib ki, Mərkəz əmək hüquqları, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində məsləhət xidmətləri göstərməklə, əməyin mühafizəsi üzrə standard, norma və qaydaların müəssisələrdə tətbiqinə mühüm dəstək göstərir.
Tədbirin sonunda işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.